
Neman Eylasov 1997-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. O, Türkiyə və Xorvatiyada ekonometrika və iqtisadiyyat ixtisasları üzrə bakalavr və magistr təhsili almış, hazırda isə İstanbul Universitetində dövlət təqaüdü əsasında iqtisadiyyat üzrə doktorantura təhsilini davam etdirir. Eyni zamanda Bakı Mühəndislik Universitetində tədqiqatçı kimi fəaliyyət göstərir. Onun Scopus və Web of Science indekslərində yer alan çoxsaylı elmi məqalələri mövcuddur. 2020-ci ildən etibarən statistika və ekonometrika sahələri üzrə onlayn təlimlər keçir.

Neman Eylasov
Ph.D. in Economics

Nicat Qasım 1988-ci ildə Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuşdur. Ali təhsilinin bakalavr pilləsini Bakı Dövlət Universitetində riyaziyyat və kibernetika ixtisası üzrə, magistratura və doktorantura pillələrini isə Türkiyənin Dokuz Eylül Universitetində ekonometrika ixtisası üzrə tamamlamışdır. Scopus və Web of Science bazalarında indekslənən çoxsaylı elmi məqalələrin müəllifi olan Nicat Qasım hazırda Qarabağ Universitetinin Tibb fakültəsində biostatistika üzrə baş müəllim, eyni zamanda Bakı Dövlət Universitetində elmi tədqiqatçı kimi fəaliyyət göstərir. O, 2013-cü ildən etibarən statistika və ekonometrika sahələri üzrə onlayn təlimlər keçir.

Nijat Gasim
Ph.D. in Econometrics

